
Siz xəyal edin
Biz gerçəkləşdirək!
MisterWood
Mister Wood 2021-ci ildə yaradılıb və qısa zamanda premium parket istehsalında liderə çevrilib. Zavodumuz Abşeron rayonu, Piraşküşül qəsəbəsində yerləşir və 5 hektar ərazini əhatə edir. Burada 15 illik təcrübəyə malik mütəxəssislərimiz yüksək keyfiyyətli parket məhsulları istehsal edirlər.
Mister Wood, Azərbaycanın təbiətindən və milli dəyərlərindən ilhamlanaraq, müştərilərinə ekoloji təmiz, dayanıqlı və estetik parket həlləri təqdim edir. Məqsədimiz, həm yerli, həm də xarici bazarlarda premium döşəmə örtükləri üzrə etibarlı seçim olmaqdır.
İstehsalda əsasən palıd, qoz, ağcaqayın və göyrüş kimi ağac növləri, həmçinin Rusiya və Avropadan gətirilən xammallar istifadə olunur. Ağaclarımız Avropa standartlarına uyğun, davamlı və uzunömürlüdür.
Mister Wood Parketinin Üstünlükləri

Mister Wood parketləri Fransız yolkası, İngilis yolkası, düz və modul formalarında təqdim olunur. Standart qalınlıq 15 mm, uzunluq 50-250 sm, en isə 9-50 sm arasında dəyişir. Müştərilərimizin tələbinə uyğun fərdi ölçülərdə də istehsal mümkündür. Parketlərimiz cızıqlara və isti döşəməyə davamlıdır, bu da onları həm fərdi yaşayış evləri, həm də kommersiya obyektləri - otellər, restoranlar, ofislər və digər biznes sahələri üçün ideal edir.
Mister Wood olaraq, müştərilərimizin məmnuniyyəti bizim prioritetimizdir. Davamlı və estetik cəhətdən mükəmməl parket axtaran hər kəs üçün Mister Wood doğru seçimdir!